Pol Allen

Pol Allen
ing. Paul Allen
Doğum tarixi 21 yanvar 1953(1953-01-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 2018(2018-10-15)[3][2][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qeyri-Hodgkin lenfoma[d][2], Septik şok[5][6]
Təhsili
Fəaliyyəti ixtiraçı, informatik, film prodüseri, musiqiçi, təşəbbüskar, iş adamı, musiqi prodüseri, bəstəkar, rəsm kolleksioneri[d], televiziya prodüseri[d], proqramçı, xeyriyyəçi, investor
Fəaliyyət illəri 1975-ci ildən
Üzvlüyü
paulallen.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Allen (21 yanvar 1953[1][2][…], Sietl, Vaşinqton[2]15 oktyabr 2018[3][2][…], Sietl, Vaşinqton[4][2]) — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüserixeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti[7] olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi.[8][9]

Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu.[10] O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks[11]Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers[12] komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi.[13] 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı.

Allen neyroelm,[14] süni intellekt[15]sitologiya[16] üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems[17]Apex Learning kimi şirkətləri təsis edib.[18] O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb. 2004-cü ildə SpaceShipOne ilə ilk ekipajlı şəxsi kosmik təyyarəni maliyyələşdirib.[19][20] Allen çoxsaylı mükafatlara və fəxri adlara layiq görülüb və 2007-2008-ci illərdə Time 100 siyahısına daxil edilib.[21]

2009-cu ildə Allenə qeyri-Hodgkin limfoma diaqnozu qoyulub. O, 15 oktyabr 2018-ci ildə 65 yaşında xərçənglə əlaqəli septik şok səbəbilə vəfat edib.[22]

  1. 1 2 Nolen J. L. Paul Allen // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 5 6 7 8 9 http://www.vulcan.com/News/Articles/2018/Statement-on-Paul-G-Allen.
  3. 1 2 https://www.nytimes.com/2018/10/15/obituaries/paul-allen-dead.html.
  4. 1 2 Wang C. https://www.cnbc.com/2018/10/15/microsoft-co-founder-paul-allen-dies-of-cancer-at-age-65.html. 2018.
  5. https://sepsistrust.org/paul-allens-cause-of-death-revealed-to-be-septic-shock/.
  6. https://www.inquisitr.com/5124866/paul-allen-cause-of-death.
  7. "The World's Biggest Public Companies". Forbes (ingilis). October 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2018.
  8. "#21 Paul Allen - 2018 Forbes 400 Net Worth". Forbes. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2018.
  9. "Microsoft co-founder Paul Allen dies of cancer at age 65". CNBC. October 15, 2018. January 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2018.
  10. "Leadership". Vulcan.com. July 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 6, 2016.
  11. Attner, Paul. "Behring straits – Seattle Seahawks owner Ken Behring". Sporting News. March 25, 1996. November 15, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2008.
  12. "Learn More About Larry Weinberg". NBA.com. National Basketball Association. March 6, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2008.
  13. "Seattle to Get Expansion MLS Franchise for 2009". ESPN. November 9, 2007. May 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2007.
  14. Timmerman, Luke (March 21, 2012). "Paul Allen Commits $300M to Expand Institute for Brain Science" Arxivləşdirilib oktyabr 29, 2013, at the Wayback Machine. Xconomy.
  15. "Paul Allen Hires AI Luminary, Oren Etzioni, to Head New Artificial Intelligence Institute". Singularity Hub. September 11, 2013. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2014.
  16. "Allen Institute for Cell Science". Allen Institute for Cell Science. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 18, 2015.
  17. "Stratolaunch - Who We Are". October 17, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 16, 2018.
  18. "Education Growth Partners Acquires Paul Allen's Online Curriculum Company, Apex Learning - EdSurge News". EdSurge (ingilis). May 2, 2017. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2018.
  19. "COLLIER 2000-2009 RECIPIENTS". November 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2019.
  20. "National Air and Space Museum to Acquire SpaceShipOne, First Successful Privately Built Spacecraft". Airandspace.si.edu. March 10, 2005. October 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2015.
  21. Pinker, Steven. "Paul Allen". TIME. May 3, 2007. March 20, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2008.
  22. Faulkner, Trisha. "Paul Allen's Cause Of Death Revealed: Septic Shock & Immunosuppression". Inquisitr. October 20, 2018. October 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2018 – (see: septic shock, immunosuppression) vasitəsilə.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search